Bazar , 15 Noyabr 2026
Drone Cameras

İranın neft naziri Azərbaycana səfər edəcək

İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, iranlı nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək.

Forumda “Energetika keçid dövründə – Transformasiya olunan dünyada yeni imkanlar və çağırışlar”, “Qlobal enerjinin inkişafı icmalı”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” adlı plenar sessiyalar keçiriləcək. Forumda Xəzər regionunda yeni hasilat imkanları, qaz marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi də nəzərdən keçiriləcək.

Daha əvvəl, yaxın vaxtlarda Azərbaycan və İran arasında Xəzər dənizində neft və qaz yataqlarının işlənməsinə dair yeni sazişlərin imzalanacağı barədə xəbər verilib.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …