Cümə , 19 Aprel 2024
Drone Cameras

Əfqan Hacıyev təqaüdə göndərilib

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev təqaüdə göndərilib.

Boyukmillet.com xəbər verir ki, mayın 23-də Ə.Hacıyevin icraatında olan sonuncu cinayət işi ilə bağlı hökm oxunub.

Bununla da 65 yaşlı hakimin icraatında olan işlər yekunlaşdırılıb və o, təqaüdə göndərilib.

Qeyd edək ki, Ə.Hacıyev 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır. O, 2018-ci ildə həmin məhkəmənin sədr müavini təyin olunub.

O, Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərov və digər dəstə üzvlərinin, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) və bir çox başqa cinayət işləri üzrə məhkəmə proseslərinə sədrlik edib.

Check Also

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat …