Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin yay parkındakı kanalizasiya xəttində baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli fövqəladə hallar qurumunun ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Vahid Şadiniya bildirib.

Məlumata görə, yaralılar Təbrizdəki İmam Rza xəstəxanasına yerləşdirilib.

Şərqi Azərbaycan əyaləti Fövqəlada Hallar İdarəsi mətbuat xidmətinin məlumatına əsasən, Bostanabad rayonunun İranak kəndində təbii qaz balonunun partlaması nəticəsində isə 6 nəfər yaralanıb. Onlar hospitala yerləşdirilib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …