Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

İranla sərhəddə 8 kq narkotik aşkarlanıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX)  verilən xəbərə görə, aprel ayının 18-də saat 12:00 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb.
Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə (6 kiloqram 500 qram “marixuana”, 1 kiloqram “heroin”) bənzər maddələr və psixotrop tərkibli 780 ədəd “metadon-40” dərman prepa­ratı aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …