Bazar , 15 Noyabr 2026
Drone Cameras

İraqda Türkiyə hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilid” antiterror əməliyyat zonasında Türkiyə hərbçisi Mehmet Meral şəhid olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

O, orduda müqavilə əsasında xidmət edirmiş.

Xatırladaq ki, ötən gün PKK terrorçularının hücumu nəticəsində 5 hərbçi şəhid olmuşdu, 2 nəfər yaralanmışdı.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …