Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

İraqda Türkiyənin daha bir hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Qara bölgəsində həyata keçirdiyi “Pəncə Qartal-2” adlı antiterror əməliyyatları zamanı yaralanan kapitan Ertuğ Güler şəhid olub.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumatı yayıb.

O, fevralın 10-da terrorçularla qarşıdurma zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən gün eyni bölgədə baş verən döyüşlərdə Türkiyənin 2 hərbçisi şəhid olmuşdu.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …