Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

İraqın şimalında PKK-nın 4 terrorçusu zərərsizləşdirilib

İraqın şimalındakı Qara bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatı nəticəsində PKK-nın dörd terrorçusu zərərsizləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

“Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir. İraqın şimalındakı Qara bölgəsində PKK-nın dörd terrorçusu təsbit edilərək hava əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız ləngimədən davam edəcək”, – hərbi qurumun açıqlamasında qeyd olunub.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …