Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İSBAM sədrindən Prezidentə təbrik məktubu…

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Azərbaycan prezidenti cənab Ali Baş Komandana təbrik məktubu ünvanlayıb.

Boyukmillet.com həmin məktubu təqdim edir:

       Cənab Ali Baş Komandan!

       Qarabağımızın incisi,mədəniyyət beşiyi tarixi qalamız Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Sizi, mərkəzimizin kollektivi adından və şəxsən ailəm və öz adımdan ürəkdən təbrik edirəm. Şuşanın azadlığı – bu böyük sevinci bizə, millətimizə yaşatdığınız üçün sizə sonsuz təşəkkürümü bildirirəm. Müzəffər ordumuz komandanlığınız altında mənfur düşməndən torpaqlarımızı azad edərək yeni bir tarix yazdınız.Siz xalqımızın yenilməz sərkərdəsi,Şuşamızın fəth komandanı oldunuz.Apardığımız vətən müharibəsi xalqımızı, dövlətimizi hədəflərmizə doğru bir yumruq kimi birləşdirdi.Bütün bunlar Sizin siyasi iradəniz,  üstün şəxsi keyfiyyətləriniz və bütün şər qüvvələrə qarşı cəsarətiniz hesabına baş verdi.

    Hər bir çıxışınız bizim üçün əhəmiyyətli olmuş və ideya kimi fəaliyyətimizdə yol xəritəmizi müəyyən etmişdir. Bundan sonrada yolunuz, yolumuzdur. Tanrı Sizi, dövlətimizi xalqımızı heç bir zaman utandırmasın.

    Aparılan müqəddəs döyüşdə canlarını fəda edən şəhidlərimizin, qanları axan qazilərimizin qarşısında baş əyirik.

 Tanrı Sizi qorusun!

 Qarabağ Azərbaycandır!

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …