Cümə , 22 Noyabr 2024
Drone Cameras

İSBAM sədrindən Türkiyənin “Bahar Qalxanı”əməliyyatına münasibət

Ictimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) sədri Samir Adıgözəlli Türkiyənin İdlib bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı açıqlama verib.

Boyukmillet.com xəbər verir ki İSBAM sədri əməliyyatlarla bağlı bunları bildirib. Regionda və xüsusi ilə Türkiyəni əhatə edən yaxın sərhəd bölgələrində baş verən hərbi əməliyyatlardan danışaraq bunları dedi: “Türkiyə uzun illərdir terrordan əziyyyət çəkən bir dövlətdir və bu gün Suriya ərazisində Türkiyəyə qarşı fəaliyyət göstərən silahlı qruplaşmalar fəaliyyətdədir.Təəssüflər olsun ki,terror qruplaşmalarına dünyanın bir sıra iri dövlətləri ağır silahlarla təchiz edib və dəstək göstərir.Bir tərəfdən də Suriyadakı Əsəd rejimi həm öz ölkəsindəki xalqa qarşı hərbi cinayətlər törədir həm də Türkiyəyə qarşı aparılan terror hücumlarına yaxından dəstək verir.Türkiyə həyata keçirdiyi əməliyyatlarla bölgədə sülh yaratmağa, terroru tamamilə məhv etməyə və dinc insanların mühafizəsinə çalışır.Biz qardaş Türkiyənin haqq mübarizəsində daim yanında olacağıq”deyə Samir Adıgözəlli bildirib.

Sima Babayeva

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …