Çərşənbə , 25 Fevral 2026
Drone Cameras

İŞİD Suriya ordusuna hücum etdi

İŞİD terrorçuları Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində silahlı hücum həyata keçirib.

Boyukmillet.com xəbər verir ki, məlumatı Suriya TV yayıb.

Kanalın məlumatına görə, silahlılar İraqla sərhəddə yerləşən Bukamal şəhərində Suriya Ordusunun 86-cı Diviziyasının qərargahına hücum ediblər.

Hökumət qüvvələri itki verib və onların sayı müəyyənləşdirilir.

Dünən günortadan sonra Fərat çayının şərq sahilindəki əl-Bağuz və Sus rayonlarında Daxili Təhlükəsizlik Qüvvələrinin nəzarət məntəqələri atəşə tutulub. İŞİD qruplaşmaları hər iki hücuma görə məsuliyyəti öz üzərinə götürüb. 23-24 fevral gecəsi yaraqlılar Mayadin şəhərindəki ordu qərargahına hücum edib və atışmada bir əsgər həlak olub.

“X” hesabında yayımlanan açıqlamada Suriya Daxili işlər naziri Ənəs əl-Xəttab hərbi komandanlıq və təhlükəsizlik qüvvələrinin Şərqi Suriyada hücumlarını gücləndirən İŞİD-in yeraltı hücrələrini məhv etmək üçün əməliyyat başlatdığını açıqlayıb: “İŞİD Deyr əz-Zor və Rakka əyalətlərində dövlət hakimiyyətinin möhkəmlənməsini pozmağa çalışır. Buna cavab olaraq, biz terrorçu bazalarına reydlər keçirir və bölgədə sabitliyi bərpa etmək məqsədi ilə onların cinayətkar dəstələrini təqib edirik”.

“Al Modon” xəbər portalının məlumatına görə, 17 fevraldan bəri ölkənin şərqində silahlı hücumlar nəticəsində mülki şəxslər və hərbçilər də daxil olmaqla 13 nəfər həlak olub.

Check Also

ABŞ Ukraynanı Rusiyaya hücumlarla bağlı XƏBƏRDAR ETDİ

Tramp administrasiyası Ukraynanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanına hücumundan sonra bu ölkəyə xəbərdarlıq edib. Bu …