Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

İsmayıllıda avtomobil aşıb, bir ailənin 3 üzvü yaralanıb

İsmayıllıda avtomobil aşıb, bir ailənin 3 üzvü yaralanıb.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi yolunda qeydə alınıb.

Belə ki, “Hyundai Tucson” markalı avtomobilin sürücüsü Füzuli Alışanov qəfil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan rayonun İstisu sakinləri – sürücü 65 yaşlı Alışanov Füzuli Vəli oğlu, sərnişinlər 58 yaşlı Alışanova Nəcibə Eldar qızı və 22 yaşlı Alışanov Amil Füzuli oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 …