Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İsmayıllıda inşa ediləcək zavoda 68 milyon manata yaxın investisiya yatırılacaq

Azərbaycanın İsmayıllı rayonunda “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin yeni istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilir.

Boyukmillet.com xəbər verir ki, müəssisənin investisiya dəyəri 60-68 milyon manat təşkil edir.

Məlumata görə, müəssisənin təməlini iqtisadiyyat naziri Mikayıl Cabbarov, “Coca-Cola Bottlers”in baş direktoru Rəna Məmmədova, İsmayıllı rayonunun icra başçısı Nahid Bağırov qoyublar.

Bununla da, İsmayıllıda müxtəlif çeşidli qazlı və qazsız alkoqolsuz içkilər istehsal ediləcək.

Zavod İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisinə 50 % güzəşt əldə edib. Eyni zamanda 7 il müddətində əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub.

Layihədə Türkiyənin “Coca-Cola İçecek Anonim Şirkəti” 69,87 %, Niderlandın “CCI International Holland B.V.” şirkəti 30 %, Azərbaycanın “İlçin LTD” MMC şirkəti 0,13 % paya sahibdir. Zavod İsmayıllı rayonunun Topçu kəndində 15 ha sahədə yerləşəcək. Müəssisənin illik istehsal gücü 165 milyon litr təşkil edəcək. Zavodda 100 nəfər işlə təmin olunacaq.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …