Bazar , 8 Fevral 2026
Drone Cameras

İspaniya Yaxın Şərqdəki vəziyyətə görə Aİ-nin böhran mexanizmini işə salıb

2023-cü ilin sonuna qədər Avropa İttifaqı Şurasına sədrlik edən İspaniya Yaxın Şərqdəki vəziyyətlə əlaqədar böhran mexanizmini işə salıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Bu, əsas məlumatların toplanması və böyük böhranlar zamanı siyasi qərarların sürətli koordinasiyası üçün olan prosedurdur.

Mexanizm humanitar yardım, qaçqın axını və təhlükəsizliklə bağlı məlumatları birləşdirmək məqsədi daşıyır. Mexanizm üzvləri oktyabrın 20-də müzakirələr üçün ilk iclasını keçirəcəklər.

Nəşr vurğulayır ki, Yaxın Şərq böhranı regionda zorakılığın artmasına gətirib çıxara və Aİ-nin xarici və daxili təhlükəsizliyinə təsir göstərə bilər. Qeyd olunur ki, mexanizm Ukraynadakı münaqişə səbəbindən və koronavirus pandemiyasının ən qaynar çağında artıq işə salınıb.

Check Also

ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməkdə maraqlıdır, lakin ABŞ …