Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İsrailin müdafiə naziri: “Qısa zamanda Qəzza sektorunda quru əməliyyatı başlayacaq”

İsrailin müdafiə naziri Yoav Qalant qoşunların tezliklə Qəzza sektoruna daxil olacağını açıqlayıb.

“Hələlik Qəzzanı uzaqdan görürsünüz, amma tezliklə onu içəridən görəcəksiniz. Bu əmr gələcək”, – nazir Qəzza sektoru ilə sərhəddəki İsrail hərbi mövqelərinə səfəri zamanı deyib.

Öz növbəsində, İsrail Müdafiə Ordusunun Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaron Finkelman Qəzza zolağına qurudan hücumun çətin, uzun və gərgin olacağını bildirib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …