Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İspaniyanın dörd qırıcısı NATO missiyasında iştirak üçün Bolqarıstana enib

İspaniyanın “Eurofighter” qırıcıları NATO hava məkanını mühafizə missiyasında iştirak etmək üçün Bolqarıstandakı Qraf-İqnatyevo aviabazasına enib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Martın 31-dək qırıcılar və 130 ispan hərbi qulluqçusu Bolqarıstan Hərbi Hava Qüvvələrindəki həmkarları ilə birlikdə hava məkanının gücləndirilmiş mühafizəsi üzrə tapşırıqları yerinə yetirəcək.

Daha əvvəl Müdafiə Nazirliyi xatırladıb ki, NATO-nun hava məkanının mühafizəsi dinc, müvəqqəti, kollektiv və müdafiə missiyasıdır. Bolqarıstan hökuməti birgə əməliyyata yanvarın 24-də icazə verib.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …