Bazar ertəsi , 16 Mart 2026
Drone Cameras

İsrail Hərbi Hava Qüvvələri Əli Xameneinin təyyarəsini məhv edib

İsrail Hərbi Hava Qüvvələri Tehranda “Mehrabad” hava limanında İranın keçmiş lideri Əli Xamenei və yüksək rütbəli məmurların istifadə etdiyi təyyarəni məhv edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarə Əli Xameneinin, eləcə də İranın digər yüksək vəzifəli rəsmiləri və hərbçilərinin sərəncamında olub. Ondan həm daxili, həm də hərbi satınalmalar və müttəfiq dövlətlərlə fəaliyyətin əlaqələndirilməsi ilə bağlı beynəlxalq uçuşlar üçün istifadə edilirdi.

“Təyyarənin məhv edilməsi İran rəhbərliyinin “Müqavimət oxu” dövlətləri (İranın müttəfiqləri – red.) ilə fəaliyyəti koordinasiya etmək, hərbi gücü artırmaq və mövqelərini bərpa etmək qabiliyyətini azaldır”, – açıqlamada vurğulanıb.

Check Also

İran rəhbərliyində ABŞ-nin əməkdaşlıq edə biləcəyi fiqurlar var – Tramp

ABŞ İran rəhbərliyi daxilində əməkdaşlıq edə biləcəyi fiqurlar görür. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ …