Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

İsrail HƏMAS liderləri üçün yeni plan hazırlayır

İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatının liderlərinin Qəzza zolağında saxlanılan girovlarla dəyişdirilməsi müqabilində onların qətlindən imtina etmək imkanını nəzərdən keçirir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Kan 11” telekanalı mənbələrə istinadən məlumat yayıb.

İsrail rəhbərliyi HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfə toxunulmazlıq verilməsi imkanlarını öyrənir.

Sonra isə girovların azad edilməsi müqabilində onlar Qətərə və ya başqa ölkəyə deportasiya ediləcək. Kanalın həmsöhbətləri qeyd edib ki, bu ehtimal İsrailin hərbi və siyasi rəhbərliyi tərəfindən müzakirə edilir, lakin hələ də qəti təkliflər yoxdur.

Sinvar 2017-ci ildən HƏMAS-a rəhbərlik edir və hazırda Qətərdə yaşayan və təşkilatın siyasi bürosunun sədri İsmayıl Haniyəni radikalların lideri kimi əvəzləyib.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …