Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

İsrail ordusu Livana yeni hava zərbəsi endirdiyini açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə yeni zərbə endirərək “Hizbullah” silahlı birləşmələrinin üzvlərindən birini məhv edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bir qədər öncə İsrail Hərbi Hava Qüvvələri Livanın Əl-Qasra bölgəsində 4 400-cü bölməyə aid mühüm bir “Hizbullah” terrorçusuna qarşı dəqiq və kəşfiyyat məlumatlarına əsaslanan zərbə endirib”, – bəyanatda bildirilir.

Ordu məhv edilmiş radikalın adını açıqlamasa da, onun cənub Livanda atəşkəs razılaşmasını pozduğunu vurğulayıb.

“Terrorçu İsrail və Livan arasında əldə edilən atəşkəs razılaşmasını dəfələrlə pozub. O, müharibə zamanı “Hizbullah” üçün silah daşımaqda iştirak edib və məhz yeni qaçaqmalçılıq əməliyyatları planlaşdırdığı an hədəfə alınıb”, – məlumatda qeyd olunub.

İsrail tərəfinin versiyasına görə, “Hizbullah”ın 4 400-cü bölməsi silah qaçaqmalçılığı ilə məşğul olmağa davam edir. “Bu, İsrail Dövlətinə təhlükə yaradır və İsrail ilə Livan arasındakı razılaşmaları pozur”, – hərbçilər vurğulayıb.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …