Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

İsrail ordusu Qəzzada xəstəxana binasını mühasirəyə alıb

Qəzzada İsrailin atəşə tutduğu “Hilu” xəstəxanasında ən azı 90 nəfər köməksiz vəziyyətdə qalıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı Fələstinin WAFA xəbər agentliyi yayıb.

Agentliyin məlumatına görə, bir neçə artilleriya mərmisinə tuş gələn xəstəxanada qalanlar həkim və xəstələrdir. Xəstəxananın uşaq şöbəsində ən azı 12 vaxtından əvvəl doğulmuş körpə, həmçinin xərçəng xəstələri müalicə olunur.

Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, “Hilu” binası hazırda ağır texnika və İsrail tankları ilə əhatə olunub, giriş-çıxışı kəsib. 

Check Also

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir. Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Al Jazerra” …