Bazar , 11 Yanvar 2026
Drone Cameras

İsrail Qəzza razılaşması üzrə 200 fələstinlinin azad edilməsini təsdiqləyib

İsrail Həbsxana Xidməti Qəzza zolağında saxlanılan dörd israilli girovun səhər saatlarında yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbusun azad edildiyini təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Ofer həbsxanasından azad edilən bütün məhbuslar İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə göndərilib. Ketsiot həbsxanasından olan məhbuslar İsrailin Qəzza zolağı ilə sərhədində, Misir sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən “Kerem-Şalom” nəzarət-buraxılış məntəqəsinə göndərilib.

Yanvarın 25-i səhər saatlarında Qəzza zolağında yeni israilli girovlar qrupu azad edilib. Qrupa HƏMAS-ın 2023-cü il oktyabrın 7-də hücumu zamanı İsrailin Fələstin anklavı ilə sərhədində xidmət edən dörd hərbçi qadın daxil idi. Onlar artıq hərbçilərin müşayiəti ilə İsrailə çatıblar.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …