Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

İstanbul 2036-cı il olimpiadasına namizəd olur

Türkiyənin İstanbul şəhəri 2036-cı il Yay Olimpiya Oyunlarına namizəd olacaq.

Boyukmillet.com-un məlumatına görə, bu barədə şəhər meri Əkrəm İmamoğlu açıqlama verib. O, olimpiadanın keçirilməsi üzrə planını təqdim edərək, bütün müvafiq qurumlarla hökuməti bu istiqamətdə əməkdaşlığa və fəaliyyət göstərməyə çağırıb: “Biz ən böyük hədəfə – İstanbula dünyanın idman xəritəsində layiqli yer verməyə köklənmişik. Arzumuz İstanbulu milyonlarla insanın idmanla məşğul olduğu şəhərə çevirməkdir”.

Qeyd edək ki, qarşıdakı Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. 2024-cü il olimpiadası Fransanın paytaxtı Parisdə, 2028-ci il Oyunları isə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq. İyunda Beynəlxalq Olimpiya Komitəsi 2032-ci il Yay Olimpiya Oyunlarını Avstraliyanın Brisben şəhərində keçirməyi qərara alıb. Türkiyə isə indiyədək heç bir olimpiadaya ev sahibliyi etməyib.

Check Also

İranlı nazir müavini: Təhsil sistemində 120 tədris problemi aşkarlanıb

Təhsil sistemində 120 tədris problemi aşkarlanıb. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın …