İstanbul beynəlxalq aeroportu 2020-ci ildə dünyada ən çox sərnişin qəbul edən hava limanı olub.
Bu barədə “Boyukmillet.com” “Bloomberg”ə istinadən xəbər verir.
Məlumata görə, siyahıda ikinci yerdə Parisin Ruassi-Şarl-de-Qoll, üçüncü yerdə Londonun “Hitrou” aeroportu qərarlaşıb. İlk beşliyə həmçinin Amsterdamın “Sxipxol” və Moskvanın “Şeremetyevo” hava limanları daxil olub.
Agentlik bildirib ki, “Hitrou” siyahıda birinci yerdən üçüncüyə enib, çünki 2020-ci ildə aeroporta sərnişin axını 73 faizə düşüb. Əgər 2019-cu ildə hava limanının xidmətindən 81 milyon insan istifadə etmişdisə, ötən il həmin rəqəm cəmi 22,1 milyon nəfər təşkil edib. Bu, koronavirus pandemiyası ilə bağlıdır.
Buna həmçinin infeksiyanın yeni ştammının Böyük Britaniya ərazisində yaranması da mənfi təsir edib.