Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

İstanbulda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstü qoyulub

Oktyabrın 24-də İstanbulun Böyükşəhər Bələdiyyəsinin nəzdində yerləşən Nilüfər Parkında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılışı olub.

Boyukmillet.com xəbər verir ki, büstün yerləşdirilməsi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, SOCAR-ın və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Abidə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev tərəfindən hazırlanıb.

Tədbirdə konsulluğun əməkdaşları, ictimaiyyət və media nümayəndələri, eləcə də tələbələr iştirak ediblər.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …