Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İstanbulun ictimai nəqliyyatında Xocalı soyqırımı barədə məlumat veriləcək

Türkiyənin İstanbul şəhərinin ictimai nəqliyyatında Xocalı soyqırımı barədə məlumat yerləşdiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun “Twitter” səhifəsində məlumat verilib. 

“Baş Konsulluğun təşəbbüsü ilə Xocalı soyqırımını anma məqsədilə 24 fevral – 1 mart tarixləri arasında İstanbul Böyükşəhər Bələdiyyəsi nəzdindəki ictimai nəqliyyat vasitələrindəki ekranlarda Xocalı soyqırımı barədə məlumatları əks etdirən videoçarx və afişalar nümayiş etdiriləcək”.

Qeyd edək ki, fevralın 26-da Xocalı soyqrımının 28-ci ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …