Şənbə , 26 Aprel 2025
Drone Cameras

İstehlaka yararsız enerji içkisi məhv edilib

İstehlaka yararsız qida məhsulları məhv edilib.

Boyukmillet.com xəbər verir ki, İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Jenuessa Global Azerbaijan” MMC-yə məxsus ümumi sayı 6000 ədəd “Nevo” əmtəə nişanlı enerji içkisi “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, fiziki şəxs Diniyev Kənan Cəlal oğluna məxsus ümumi sayı 128 ədəd qablaşdırılmış turşu məhsulu, “GFC” MMC-yə məxsus ümumi çəkisi 19 ton dondurulmuş toyuq əti məhsulu “Təmiz-Şəhər” ASC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 37,5 ton müxtəlif növ qida məhsulu, “Milla Dairy” MMC-yə məxsus 7 adda 12,293 ton müxtəlif növ dondurma məhsulu isə “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Check Also

Azərbaycana gətirilən 170 tondan artıq ət məhsulunda uyğunsuzluq aşkarlanıb

Azərbaycana gətirilən bir sıra ət məhsullarında uyğunsuzluq aşkarlanıb. Bu barədə Boyukmillet.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat …