Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İstixanada narkotik yetişdirən Salyan sakini saxlanılıb – FOTO

Həyətində olan iki istixanada narkotik tərkibli bitkilər yetişdirən Salyan rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Kərimbəyli kənd sakini Əmrah Rəhimov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan iki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş ümumi çəkisi 250 kiloqram olan 1068 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstixanada narkotik yetişdirən Salyan rayon sakini
İstixanada narkotik yetişdirən Salyan rayon sakini
İstixanada narkotik yetişdirən Salyan rayon sakini
Əmraİstixanada narkotik yetişdirən Salyan rayon sakini h Rəhimov
İstixanada narkotik yetişdirən Salyan rayon sakini

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …