Cümə , 22 Noyabr 2024
Drone Cameras

İsveç parlamentinin türk əsilli 4 deputatından rəzil sənəd: CHP-nin rəsmi tərəfdaşı olan partiya PKK üçün “Kürdüstan dövləti” qurulmasını istəyir (FOTO)

İsveç  Sosyal Demokrat İşçi Partiyası ölkə parlamentinə Türkiyə, İran, İraq və Suriya ərazilərində qondarma “Kürdüstan dövləti”nin qurulması haqda təklif ünvanlayıb. 

Boyukmillet.com xəbər verir ki, rüsvayçı sənədi imzalayan Sosyal Demokrat İşçi Partiyasının 13  millət vəkilindən dörd nəfəri türk əsillidir. 

İsveç parlamentinə təqdim rəzil sənəddə PKK terror təşkilatı müdafiə olunarkən, Türkiyə haqqında həqiqətdən uzaq ifadələr işlədilib. 

Türk əsilli Sultan Kayhan, Serkan Köse, Kadir Kasırğa, Roza Güçlü Hedinin də imzaladığı sənəddə PKK terror təşkilatı “Kürd İşçi Partiyası” kimi təqdim olunur. Rəzil sənəddə həmçinin, mülki vətəndaşları qətlə yetirən PKK-lı terrorçuların “günahsız olaraq” həbsdə yatdıqları iddia olunub. 

Daha öncə PKK-nın İsveçin terror siyahısından çıxarılması üçün təklif irəli sürən Serkan Kösenin, Türkiyə səfəri zamanı CHP lideri Kamal Klıcdaroğlunu ziyarət etdiyi məlumdur. Sultan Kayhan isə CHP-nin İstanbul şöbəsinin sədri Canan Kaftancıoğlunu ziyarət edərək, ona dəstək vermişdi. 

Həmçinin, İsveç  Sosyal Demokrat İşçi Partiyası Türkiyədə CHP və HDP-nin tərəfdaşıdır. 

CHP'nin müdavimlerinden büyük skandal!

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …