Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

İtaliya senatoru: “Xocalı faciəsinin tanınması həyati əhəmiyyət kəsb edir”

“Xocalı faciəsinin tanınması, cəzasızlıq mühitinin qalib gələ bilməyəcəyi, ədalətin qalıcı sülh və sabitliyin yeganə yolu olduğu mesajını vermək üçün həyati əhəmiyyət kəsb edir”.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bunu İtaliyada parlamentin yuxarı palatasında Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı toplantıda Senatın Avropa İttifaqının (Aİ) Siyasət Komissiyasının sədri, senator Culio Terzi deyib.

Culio Terzi vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin işi gücləndirilməlidir. Senatorun sözlərinə görə, bu gün həm keçmişi xatırlamaq, həm də ədalət uğrunda mübarizə aparmaq günüdür.

Senatda Avropa İttifaqının (Aİ) Siyasət Komissiyasının sədrinin təşkilatçılığı ilə keçirilən tədbirdə İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Antonio Stanqo və İtaliya Xarici İşlər Nazirliyinin İnkişaf Departamentinin rəhbəri Emanuele Farruggia və digər şəxslər iştirak ediblər.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …