Cümə axşamı , 9 May 2024
Drone Cameras

Sahib Ələkbərov: “BP ilə Cəbrayılda GES-in tikintisi üzrə danışıqlar yekunlaşır”

Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının (GES) tikintisi ilə bağlı BP şirkəti ilə danışıqlar başa çatmaq üzrədir.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfransda deyib.

Onun sözlərinə görə, ölkədə böyük “yaşıl enerji” layihələrin icrasına başlanılıb.

S. Ələkbərov bildirib ki, “yaşıl enerji” sahəsində görülən işlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə layihələr artıq həyata keçirilir.

Xatırladaq ki, Energetika Nazirliyi və BP arasında Azərbaycanın cənub-qərb bölgəsində günəş elektrik stansiyası layihəsi ilə bağlı növbəti addımlar üzrə razılıq əldə edilib. Tərəflər arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Belə ki, bu sənəd “Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.

Check Also

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da …