Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qaliblərinə təcrübə keçəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadəyə təcrübə keçəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. Görüşdə M.Cabbarov müsabiqədə qazandıqları uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin maraq dairəsi barədə fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib.

Müsabiqə qalibləri iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, bu sahədə bilik və bacarıqların əldə edilməsində mentorluq proqramının onlar üçün faydalı olacağını vurğulayıblar.

İqtisadiyyat naziri qaliblərə idarəçilik sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Check Also

“Rusiya-Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

“KazanForum 2024″ beynəlxalq iqtisadi forum çərçivəsində, “Rusiya-Azərbaycan: Sənaye və investisiya əməkdaşlığı iqtisadi inkişafın əsası kimi” …