Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

İtaliyada 100 nəfəri öldürmüş mafioz həbsxanadan vaxtından əvvəl buraxıldı

Siciliyanın “Koza Nostra” mafiya qruplaşmasının üzvü Covanni Bruska 25 illik həbs cəzasından sonra vaxtından əvvəl azadlığa çıxıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə CNN bildirib.

“Başkəsən” ləqəbi almış Bruska 100-dən çox insanın, o cümlədən 14 yaşlı yeniyetmənin qətlə yetirilməsində iştirakını etiraf edib.

Mafioz 1996-cı ildə həbs olunmuşdu. O, azadlıqdan ömürlük məhrumetmə cəzasına məhkum olunmuşdu. Cinayətkar ömürlük həbsinin 26 ilini hakim Covanni Falkonenin həlak olması ilə nəticələnən bomba partlayışına görə almışdı. Ancaq mayın 31-də cinayətkara dördillik sınaq müddətini təyin edərək, həbsxanadan buraxıblar. Onun vaxtından əvvəl azad olunması istintaq orqanı ilə əməkdaşlıqla izah olunur.

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …