Cümə , 29 Mart 2024
Drone Cameras

Bakı metrosunda eskalator dəfələrlə dayandırılıb

Bu gün səhər saatlarında “Bakı Metropoliteni”nin “Şah İsmayıl Xətai” stansiyasındakı eskalatorların birində nasazlıq yaranıb.

Şahidlər “Report”a bildirib ki, hərəkətdə olan eskalatorun qəfildən dayanması sərnişinlərin həyatı üçün təhlükə yaradıb.

Bu zaman eskalatorda olan polislər bələdçilərə xəbərdarlıq edərək eskalatorun işlək vəziyyətə gətirilməməsini tələb ediblər.

Xəbərdarlığa baxmayaraq, eskalator yenidən işlək vəziyyətə gətirilib və təkrar dayandırılıb. Polisin xəbərdarlığı və eskalatorun yenidən işə düşməsi daha bir dəfə təkrarlanıb. Bu isə sərnişinlər arasında yenə də narahatlığa səbəb olub. Beləliklə, eskalatorun işlək vəziyyətə gətirilməsi bir neçə dəfə təkrarlansa da, hərəkət etməyib. Nəticədə sərnişinlərin bir qismi metrodan bayıra piyada çıxmalı olub.

Qeyd edək ki, “Şah İsmayıl Xətai” stansiyasının eskalatorlarında oxşar hal iyunun 1-də və metronun açıq olduğu əvvəlki vaxtlarda da dəfələrlə müşahidə olunub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında deyib ki, eskalatorun dayanmasına səbəb sərnişinlərdən birinin ehtiyatsızlıqdan təhlükəsizlik düyməsinin basması olub:

“Metronun təlimat qaydaları var və əməkdaşlarımız həmin təlimata uyğun hərəkət edirlər. Əgər dayanma varsa mütləq qaydada eskalatora baxış keçirilir və metro əməkdaşları təhlükəsizliyə tam əmin olduqdan sonra həmin eskalatoru işə salırlar”.

Check Also

Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə …