Bazar , 15 Noyabr 2026
Drone Cameras

İtkin düşən 14 yaşlı Cəlilabad sakini Bakıda tapılıb

Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb.

Boyukmillet.com xəbər verir ki, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P. Quliyevin Bakı şəhərində olduğu məlum olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …