Şənbə , 23 Noyabr 2024
Drone Cameras

IX Qlobal Bakı Forumu bir daha sübüt edir ki, Azərbaycan dünyada nüfuzlu dövlətdir

Daima inkişafda olan Azərbaycan dövləti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət  sayəsində dünyanın qlobal problemlərinin müzkirə edildiyi mərkəzə çevirilmişdir.

Buna sübut olaraq IX Qlobal Bakı Forumu göstərmək olar. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

Ümumilikdə tədbirdə əlliyə yaxın ölkədən, dörd yüzdən çox səlahiyyətli nümayəndə iştirak edib.Tədbirdə mövzu olaraq “Qlobal dünya nizamına təhdidlər”barədə geniş müzakirələr aparılmışdır.Tədbirin Azərbaycanda keçirilməsi,yeni müharibədən çıxan ölkə olmağımıza  baxmayaraq,təhlükəsizliyin ən yüksək səviyyədə təşkil olunduğu dövlət olmağımızı bir daha sübut edir.  Otuz il Azərbaycan ərazilərinin işğal edilməsi tək Azərbaycanın yox, eyni zamanda regionun inkişafdan qalmasınada səbəb olmuşdur. Bunun tək günahkarı var o da Ermənistandır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı, 1 milyonnan çox insanın qaçqın və köçkün düşməsinə səbəb olmuşdu. Bu isə dünyada 135-nəfərdən 1-nin qaçqın olduğu halda, Azərbaycanın payına 8-nəfərdən 1-nin düşməsi ilə nəticələnib. Amma buna baxmayaraq, dövlətimiz ümummilli lider Heydər Əliyevin siyasəti sayəsində ayaqda qalmağı başarmış və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində dünyada söz sahibi olan dövlətə çevrilmişdir. 

İkinci Qarabağ müharibəsində qazandığımız zəfərdən sonra, kaptulyasya aktını imzalayan məğlub Ermənistanın Qalib Azərbaycana qarşı bir də heç vaxt ərazi iddiası irəli sürməməli,  Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasında və regionun inkişafında maraqlıdır. Ermənistan anlamalıdır ki, sülh müqaviləsi nə qədər tez imzalanarsa, bu, bir o qədər onların xeyrinədir. Azərbaycan regionda əsas söz sahibi olaraq, öz milli və dövlət mənafeyini hər zaman qoruyur və qoruyacaq.

IX Qlobal Bakı Forumu bir daha sübüt edir ki, Azərbaycan dünyada nüfuzlu dövlətdir.

Həsən Əliyev

İSBAM departament rəhbəri

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …