Şənbə , 14 Mart 2026
Drone Cameras

Jurnalistin atasının evi qarət edilidi: pul, qızıl aparıldı – Açıqlama

Dünən gecə “Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Tahir Tağıyevin atasının “Yeni Ramana” qəsəbəsi, 2-ci sahə adlanan ərazidə olan evi qarət edilib. 
Mia.az xəbər verir ki, bu barədə məlumatı Azinforum.az-a Tahir Tağıyevin özü verib. 
Onun sözlərinə görə, oğrular gecə, hamının yatdığı vaxt pəncərədən evə daxil olub: “Evdən qızıl və pul aparıblar. Həyətdə qardaşımın avtomobilini içinə də daxil olublar. Aidiyyəti üzrə polis bölməsinə məlumat verdik. 12-ci bölmənin əməkdaşları lazım olan ilkin hərəkətləri icra etdilər. Ümid edirəm ki, cinayəti törədənlər tez bir zamanda tapılıb, layiqli cəzalarını alacaqlar”.

Check Also

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. Boyukmillet.com xəbər …