Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Jurnalistlərə “küçük” deyən akademik açıqlama yaydı – Tam mətn

Ramiz Məmmədov: “Mümkündür ki, fikrim əsəbi vəziyyətdə olduğum üçün kəskin alınıb”

 

Azərbaycan jurnalistlərinin ünvanına “küçük” deyərək, onları təhqir etməsi ilə gündəmə gələn akademik Ramiz Məmmədov mətbuat üçün açıqlama yayıb.

 

Musavat.com bildirir ki, “üzrü günahından betər” janrında olan açıqlama aşağıdakı kimidir:

 

“Hörmətli ictimaiyyət nümayəndələri və media mənsubları, hamınızı salamlayır, ehtiramımı bildirirəm. Mən elm adamıyam. Təbiət və ətraf mühitin aktual problemləri ilə məşğulam və biz Azərbaycanın milli maraqlarına uyğun gələn layihələrin elmi-nəzəri əsaslarını hazırlayırıq. Əsas tədqiqat sahəm Xəzər dənizidir, bu sahədə Avropa İttifaqının Çərçivə Proqramlarının, NATO-nun Elm Sülh Naminə və ABŞ-ın Mülki Tədqiqatlar Fondlarının və bir sıra digər beynəlxalq təşkilatların qrantlarına layiq görülmüşəm, 20-yə qədər beynəlxalq layihənin rəhbəri olmuşam və bununla da fəxr edirəm. Ona görə ki, bu layihələrə nail omaq üçün mən dünyanın bu sahədə işləyən görkəmli alimləri ilə yarışmışam və qalib çıxmışam, bu təşkilatların saytlarında bir azərbaycanlı kimi mənim də adım var.

 

Son vaxtlar ayrı-ayrı sayt və mətbuat orqanlaırda bir qeyri profesional jurnalistin məsuliyyətsizliyi ucbatından işgüzar nüfuzuma xələl gətirən, olmayan açıqlamamın getməsindən müəyyən qədər emosional vəziyyətdə ifadə etdiyim fikir müzakirə olunmaqdadır. Mümkündür ki, fikrim əsəbi vəziyyətdə olduğum üçün kəskin alınıb. Fikrim profesional, öz işini bilən, qələminə ehtiramlı jurnalistikaya yönəlməyib. Bu bir nəfərin qeyri obyektivliyinə yönələn ifadə olmaqla hesab edirəm ki, doğru deyil. Görünür daha dözümlü olmalı idim. Ancaq, bununla birlikdə yenə də təssüflə təsdiq edirəm ki, bizim jurnalistlərin içərisində professional olmayan, öz işinə məsuliyyətsiz yanaşanlar da vardır. Bu səbəbdən beynəlxalq səviyyəyə çıxa bilmirlər və bir azərbaycanlı kimi bu məni narahat edir.

 

Əlbəttə, hər sahədə olduğu kimi Azərbaycanda jurnalistika sahəsində də müəyyən inkişaf var, anacaq hələ bu azdır. Hər sahədə olduğu kimi bu sahədə də qeyri profesionallar, saxtakarlığa meylli olanlar, qələminə hörmət etməyənlər ola bilər. Mən öz işinə yüksək profesionallıqla yanaşan qələm əhlinə hər zaman ehtiramlı olmuşam, nə qədər işim çox olsa da onları qəbul etmişəm, suallarına açıqlamalar vermişəm və bu mövqeyimi bir epizod dəyişə bilməz. Bu kateqoriya jurnalistlərə peşəkarlıq səviyyələrini artırmaq sahəsində fədakarlıqlar arzulayıram. Bildirirəm ki, məşğul olduğum sahə ilə bağlı hər zaman qapımız peşəkar jurnalistlərin üzünə açıqdır. Hesab edirəm ki, bu xoşagəlməyən məqamı unudaraq, gələcək əməkdaşlığımız haqqında düşünməli, bu əməkdaşlığın Azərbaycanımızın xeyrinə olmasına çalışmalıyıq.

Hörmətlə

Ramiz Məmmədov”

 

(Musavat.com)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir