Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Kəlbəcərdə hərbçimiz minaya düşüb, cinayət işi başlanıb

Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb.

Boyukmillet.com xəbər verir ki, hadisə ötən gün Kəlbəcərin Ağcakənd kəndi istiqamətində baş verib.

Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşərək xəsarət alıb. O, hospitala yerləşdiirlib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Kəlbəcər rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi cinayət işi başlanıb.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …