Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Kəmaləddin Heydərov Gəncədə ermənilərin raket zərbələri endirdiyi ərazilərə baş çəkib

Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 13-də Gəncə şəhərinə səfər edib.

Boyukmillet.com xəbər verir ki, nazir Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış olub.

Sakinlərlə görüşən K.Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər zaman Azərbaycan vətəndaşının yanında olduğunu diqqətə çatdıraraq əhalinin təhlükəsizliyinin təmin edilməsi  və mövcud problemlərin aradan qaldırılması ilə bağlı bütün tədbirlərin görüldüyünü bildirib.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …