Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Kəmaləddin Heydərov generala yüksək vəzifə verib

Fövqəladə Hallar Nazirliyində yeni kadr təyinatı olub.

Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilərək nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.

Qeyd edək ki, dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla R.Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …