Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kəmaləddin Heydərova məxsus şirkətin bank hesabına niyə sanksiya qoyulubmuş? – Qalmaqal

“Gilan Holdinq”ə daxil olan şirkətlərdən biri “Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin borca görə bank hesabına həbs qoyulubmuş.

Boyukmillet.com xəbər verir ki, “MET-AK” MMC Bakı Kommersiya Məhkəməsinə müraciətində “Gilan Orchards”ın ona 131 511 manat borcu olduğunu bildirib və həmin məbləğin şirkətdən tutularaq onlara ödənilməsini xahiş edib. Məhkəmənin qərarı ilə 2019-cu il sentyabrın 17-də “Gilan Orchards”ın “AFB Bank”dakı hesabına həbs qoyulub.

Məhkəmə prosesinin yekununa yaxın tərəflər öz aralarında razılığa gəliblər və barışıq sazişi imzalayıblar. Bundan sonra “MET-AK” məhkəməyə müraciət edərək “Gilan Orchards”ın bank hesabı üzərinə qoyulan həbsin götürülməsini xahiş edib. Sazişə görə, “Gilan Orchards” 59 655 manatlıq alqı-satqı etdiyini etiraf edib və bu məbləği 2020-ci il 1mart tarixinə qədər ödəyəcəyini öhdəsinə götürüb.

Fevralın 11-də keçirilən məhkəmə prosesində “Gilan Orchards”ın bank hesabına qoyulan həbs qərarı ləğv edilib.

Qeyd edək ki, “Gilan Orchards” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, daha çox sitrus meyvələrinin yetişdirilməsi ilə məşğuldur.

Mətbuatda yayılan məlumatlara görə, “Gilan” nazir Kəmaləddin Heydərova məxsusdur.

Bəzi iddialara görə, Səfər Mehdiyev gömrük sədri təyin olunandan sonra vəzifəsindən çıxarılan Bakı gömrüyünün sabiq rəhbəri Vüsal Novruzov da hazırda FHN şefinin bəzi biznes layihələrində ortaqlığını davam etdirir.

Mia.az

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …