Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Kənd məktəblərində boş qalan müəllim ixtisasları açıqlanıb

Kənd məktəblərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var.

Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, əsasən təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır: “Məsələn, ibtidai sinif və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur. Burada iki məqam var. Biri fundamental problemdir. Daha kiçik məktəblərdə az, bəzən cəmi iki-dörd ibtidai sinif olur. Belə olan halda musiqi dərsi cəmi dörd saat olur. Müəllimin oraya getməsi texniki olaraq mümkün deyil. Çünki dörd saatın əməkhaqqı çox aşağı olur. Yaxud doqquz illik məktəblərdə toplasanız bir müəllimin 9-12 saat dərsi olur”.

Nazir bildirib ki, buna görə də təhsilin strukturuna bir daha baxılmalıdır: “Bilməliyik ki, nələr səmərəlidir, nələr yox. Bunun obyektiv səbəblər var, müəllim çatışmazlığı ilə əlaqəsi yoxdur. Gördünüz də bu il yenidən 50 mindən çox insan müəllim olmaq istəyir. Onlar kifayət qədər bacarıqlı, savadlı gənclərdir”.

Check Also

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Boyukmillet.com xəbər verir ki, bu …