Bazar , 29 Dekabr 2024
Drone Cameras

Kadırov, təyyarəni vurmamısansa, matəm niyə elan etdin?

Çeçenistan rəhbəri Ramzan Kadırovun Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə bağlı bu gün (28 dekabr) Çeçenistanda matəm elan etməsi birmənalı qarşılanmayıb.

Boyukmillet.com  xəbər verir ki, politoloq Turab Rzayev etiraf və üzrxahlıq olmadan matəm elanının məqsədinin bəlli olduğunu deyib.

“Çeçenistan niyə matəm elan edir? Quş sürüsü Dağıstandan uçduğu üçün? Bizim təyyarə Aktauda qəzaya düşübsə, Kadırova nə

Əvvəlcə təyyarəni vurduğunu elan elə, sonra matəm keçir. Təyyarəni vurmamısansa, niyə matəm elan edirsən? Öncə yardım, indi matəm – yəni, əlimizdən bu gəlir?

Bizim tərəf müqabilimiz Qroznı deyil, Moskvadır.

Yardım təklif edəcək, üzr istəyəcək, kompensasiya verəcək tərəf də Kadırov deyil”, – politoloq bildirib.

Avropada yaşayan jurnalist Elbəyi Həsənli isə qeyd edib ki, Çeçenistanda matəm elan olunması təyyarənin Rusiya tərəfindən vurulmasının dolayı yolla etirafıdır:

“Ancaq bunu Rusiya birbaşa və birmənalı etiraf etməlidir”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.

Check Also

İsrail Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib

İsrail hərbçiləri Yəmən tərəfindən atılan raketi hava məkanına çatmamış zərərsizləşdirib. Boyukmillet com-un məlumatına görə, bu …