Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq

Əhməd Kadırov adına çeçen ictimai fondu Məhəmməd adlı uşaqlar üçün xüsusi vəsait ayırmaq qərarına gəlib.

Uşağına belə ad qoyan valideynlərə 100 min rubl (təxminən 1400 dollar) veriləcək.

Boyukmillet.comxəbər verir ki, bütün Məhəmməd adlı uşaqlara vəsait nəzərdə tutulmayıb. Uşaq oktyabrın 29-u gecə saatlarında doğulmalıdır. Məhz həmin tarix Məhəmməd peyğəmbərin mövludu günü kimi qəbul olunur.

Fondun mətbuat xidmətindən deyilib ki, belə aksiya hər il keçirilir. Bu dəfə bəzi başqa adlara görə də mükafat nəzərdə tutulub. Həmin gecə uşağına Əhməd, Mahmud, Həmid, Amin, Abdullah, İbrahim, Qasım, Ummugülsüm, Fatimə, Rüqəyya, Zeynəb adları qoyan valideynlər də 100 min rubl ala biləcək.

Emmanuel Makron

Qərb mətbuatında hesab edirlər ki, aksiya təsadüfi deyil. Parisdə tarix müəllimi Samuel Pati məhz Məhəmməd peyğəmbərin karikaturalarını ifadə azadlığı dərsində şagirdələrə göstərdiyinə görə qətlə yetirilmişdi. Bundan sonra Fransa prezidenti Emmanuel Makron İslam separatizmindən danışmağa başlamışdı. Çeçenistan rəhbəri Ramzan Kadırovun mükafatla xüsusi jest etdiyi düşünülür. 

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …