Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Kamal Kılıcdaroğlu Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu Azərbaycan xalqını 8 noyabr Zəfər Günü münasibətilə təbrik edib.

Boyukmillet.com xəbər verir ki, partiya sədri təbrikini tviterdəki hesabında paylaşıb.

“Otuz illik işğalın başa çatdığı və Qarabağın qəlbi Şuşanın Azərbaycan torpaqlarına qovuşduğu Qarabağ Zəfərinin birinci ildönümünü təbrik edir, “Qarabağ Azərbaycandır” prinsipi ilə mübarizə aparan bütün azərbaycanlı qardaşlarımıza sevgi və hörmətimi çatdırıram”, – Kamal Kılıcdaroğlu sosial şəbəkədə yazıb.

Check Also

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …