Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kamran Əliyev: “Gələcəkdə korrupsiya ilə mübarizə sahəsində işlər daha da genişləndiriləcək”

“Beynəlxalq Prokurorlar Assosiasiyası ilə cinayətkarlığın bütün sahələrinə qarşı mübarizə üzrə əməkdaşlıq davam edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, korrupsiya ilə mübarizə sahəsində işləri gələcəkdə daha da genişləndirmək nəzərdə tutulub: “Hazırda bu istiqamətdə müzakirələr gedir”.

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin üstünlüklərindən də bəhs edib.

O deyib ki, Türkiyə bir çox ölkələrlə əməkdaşlıqlar edir: “Bu baxımdan prokurorlar arasında ünsiyyətlər qurulmalıdır və bununla da müsbət nəticələr əldə etmək mümkün ola bilər”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …