Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Kamran Əliyev rayon prokurorunu vəzifəsindən azad edib

Baş prokuror Kamran Əliyev Salyan rayon prokurorunu işdən çıxarıb.

Boyukmillet.com xəbər verir ki, K.Əliyevin müvafiq əmri ilə Salyan rayon prokuroru Firdovsi Nemətli səlahiyyət müddətinin başa çatması ilə əlaqədər vəzifəsindən azad olunub.

Məlumata görə, hələlik bu vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, 2011-ci ildə Yevlax rayon prokuroru vəzifəsini icra edən edən F.Nemətli əvvəlki Baş prokurorun əmri ilə Salyan rayon prokurorluğu vəzifəsinə təyin edilmişdi.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …