Bazar , 29 Mart 2026
Drone Cameras

Kanadada onlarla insan meymunçiçəyinə yoluxub

Kanadada meymunçiçəyinə 77 yoluxma qeydə alınıb.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyi məlumat yayıb.

Ən çox yoluxma (71 nəfər) Kvebek əyalətində aşkar edilib. Ontarioda beş, Albertada isə bir nəfər xəstəliyə yoluxub.

Kanadada meymunçiçəyinə ilk yoluxma mayın ortalarında Monrealda aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, meymunçiçəyi nadir xəstəlikdir və əsasən Afrikanın mərkəzi, qərbində tropik meşələrin yaxınlığında yerləşən ucqar ərazilərdə yayılır.

Check Also

Bundan sonra sığortaolunanları dərman və tibb vasitələri ilə TƏBİB təmin edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi …