Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Kats girovların qaytarılmasından sonra HƏMAS-a aid tunellərin məhv ediləcəyini açıqlayıb

İsrailin əsas vəzifəsi HƏMAS tərəfindən Qəzzada girov saxlanılan şəxslərin geri qaytarılmasından sonra radikalların anklavdakı tunellərinin məhv edilməsi olacaq.

Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrailin müdafiə naziri İsrael Kats “X” sosial şəbəkə hesabında yazıb.

“İsrailin girovların geri qaytarılmasından sonrakı əsas vəzifəsi Qəzza sektorundakı HƏMAS-ın bütün tunellərinin məhv edilməsi olacaq – həm İsrail Müdafiə Ordusunun birbaşa qüvvələri ilə, həm də ABŞ-nin rəhbərliyi və nəzarəti altında yaradılacaq beynəlxalq mexanizm vasitəsilə”, – paylaşımda qeyd olunub.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …