Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Keçən il Azərbaycanda 8 minə yaxın qızılcaya şübhəli xəstə aşkar edilib – HESABAT

2023-cü ildə Azərbaycan ərazisində 8 minə yaxın qızılcaya şübhəli xəstə aşkar edilib.

Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda bildirilir ki, keçən il yenidoğulmuşlar “Hepatit B” vaksini ilə 97,9%, vərəm əleyhinə BCG vaksini ilə 94,7% əhatə olunublar.

Qeyd olunub ki, 1 yaşa qədər uşaqların poliomielit əleyhinə ikivalentli OPV (oral) vaksini ilə 77,7%, GDTHibHepB vaksini ilə 68,3%, pnevmokok əleyhinə vaksinlə 68,2%, poliomielit əleyhinə inaktivləşdirilmiş İPV vaksini ilə 76,2%-i əhatə olunmuşdur. 6 yaşlı uşaqlar qızılca, məxmərək və epidemik parotit əleyhinə QPM vaksini ilə 72,3%, difteriya və tetanus əleyhinə DT vaksini ilə 79,4% əhatə olunmuşdur.

Ümumilikdə respublika üzrə müxtəlif səbəblərdən peyvəndlərdən kənarda qalmış uşaqlardan 36,4 mini vaksinasiyaya cəlb olunub.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …