Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Keçmiş səfir Yaşar Əliyev ilk dəfə Müstəqillik Aktından DANIŞDI

“Müstəqilliyimizin əldə edilməsi xalqımızın  əhval-ruhiyyəsinə çox müsbət təsir etdi. Biz illərdir ki, müstəqilliyə möhtac idik”. 

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev 1991-ci ildə müstəqillik elan olunan günün səhəri yaşananlara münasibət bildirərkən deyib.

Yaşar Əliyev həmin günləri çox yaxşı xatırladığını da dilə gətirib.

“Hər birimiz azadlığa çıxacağımız günü səbirsizliklə gözləyirdik. O zaman millət fədailəri bunun üçün çalışırdı. İndi isə düz 25 ildir ki, dövlət, xalq olaraq müstəqilik. Həmin vaxt mərhum Heydər Əliyevlə müstəqilliklə bağlı söhbətlərimiz olurdu.  Hər birimiz buna sevinirdik. Xalqın  gözündə sevinc var idi”.

Yaşar Əliyev Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirib. Keçmiş Semaşko (indiki Musa Nağıyev – red.)  adına xəstəxanada uzun müddət baş həkim işləyib.

Sonralar Milli Məclisin keçmiş sədr müavini Yaşar Əliyev iki çağırış deputat olub. O, Azərbaycan-İran iqtisadi komissiyasında sədr, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında Azərbaycan  nümayəndə heyətinin rəhbəri olub.

Daha sonra 10 il Azərbaycanın Çindəki səfiri  postunda çalışıb. 

2011-ci il avqustun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Çin Xalq Respublikasınıdakı səfiri vəzifəsindən geri çağırılıb. Hazırda Prezident təqaüdçüsüdür.

Yaşar Əliyevin YAP-ın yaradılmasında böyük xidməti olub.

O, yeganə deputat olub ki, parlamentdəki mandatını mərhum Heydər Əliyevə təklif edib.

(Namidə BİNGÖL, Modern.az)

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir